PSJ-nin futbolçusu Qətər klubuna keçib

PSJ-nin futbolçusu Marko Veratti karyerasını “Əl-Ərəbi”də davam etdirəcək.

Bu barədə Qətər futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, otuz yaşlı italiyalı yarımmüdafiəçi 45 milyon avroya alınıb.

Qeyd edək ki, Verratti 2012-ci ilin iyulundan PSJ-də oynayıb, doqquz dəfə Fransa çempionu və altı dəfə ölkə kubokunun qalibi olub. İtaliya millisinin tərkibində o, 2021-ci ildə Avropa çempionu olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.