Ronaldo “Yuventus”u məhkəməyə verib

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronalo “Yuventus”u məhkəməyə verib.

Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu keçmiş komandasını ona maaş verməməkdə ittiham edib.

Bildirilib ki, koronavirus pandemiyası zamanı qarşılıqlı razılaşma əsasında futbolçunun maaşı dondurulmuşdur.

İndi Ronaldo ona çatacaq 19 milyon 900 min avro məbləği tələb edir.

Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib.

Komandada o, iki dəfə İtaliya çempionu və ölkə kubokunun qalibi olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.