Füzulidə yol qəzasında üç polis həlak olub –Altı polis xəsarət alıb

Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in üç əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Xəsarət alan əməkdaşlarımız xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”, – deyə qeyd olunub

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.