Roma Papası Baydenlə dünyadakı vəziyyəti müzakirə edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, danışıq əsnasında dünyadakı münaqişəli vəziyyətlər və sülhə gedən yolların müəyyənləşdirilməsinin zəruriliyi vurğulanıb.

Telefon danışığı təxminən 20 dəqiqə davam edib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.