Bakıda “Prius” “Ferrari”yə çırpıldı, xəsarət alanlar var –FOTO /VİDEO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Azpost.info APA-ya istinadən xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü yol nişanın tələbinə əməl etməyərək qəfil yola çıxıb.

Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı “Ferrari” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.