Azərbaycanlı futbolçunun oynadığı klub “Qalatasaray”a qalib gəlib

Futbol üzrə Türkiyə Super Liqasında XII turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Qalatasaray” Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” klubunun qonağı olub və rəqibinə 1:2 hesabı ilə uduzub.

Matçda ilk qolu 14-cü dəqiqədə meydan sahiblərindən Riqoberto Rivas vurub. 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Vilfrid Zaha hesabı bərabərləşdirib. 55-ci dəqiqədə isə Didye Lamkel Ze Hatay təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.

Meydana start heyətində çıxan R. Dadaşov 87-ci dəqiqədə əvəzlənib.

Bu qələbə ilə xallarını 17-yə çatdıran “Hatayspor” 9-cu pilləyə yüksəlib. “Qalatasaray” isə 31 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, günün digər matçlarında “Kayserispor” “Kasımpaşa”ya 4:3, “Qaziantep” “Alanyaspor”a, “Karagümrük” isə “Sivasspor”a 3:0 hesabı ilə qalib gəlib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.