Biz öz torpaqlarımızı azad etmişik –Azərbaycan yəhudi icmasının sədri

Heç bir səmavi dində təcavüzə haqq qazandırma halı yoxdur.

Bu sözləri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfransda deyib.

“Əgər bir xalqın torpaqları təcavüz yolu ilə işğal olunubsa, həmin xalqın gedib o torpaqları hərb yolu ilə azad etməsi məqbuldur, buna din də imkan verir. Biz başqa torpaqlara göz dikməmişik, biz öz torpaqlarımızı azad etmişik. İkili standartlar isə həmişə bunun əleyhinədir”, – icma sədri vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.