“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”a rəhbərlik edə bilər.
Azpost.info “Todofichajes”ə istinadən bildirir ki, italiyalı mütəxəssis Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”i tərk edəcək.
Madrid komandasının rəhbərliyi baş məşqçi postuna ya “Bayer”in çalışdırıcısı Xabi Alonsonu, ya da portuqaliyalı Joze Mourinyonu dəvət etməkdə maraqlıdır. Qeyd olunur ki, “Bayer” Xabi Alonsonu buraxmaq fikrində deyil. “Real Madrid”in prezidenti Florentino Pereslə yaxşı münasibəti səbəbindən Mourinyonu təyin etmək variantı daha realdır.
Xatırladaq ki, Mourinyo 2021-ci ildən “Roma”ya rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2024-cü ilə qədərdir. O, əvvəllər “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter” və “Portu”ya rəhbərlik edib.
Azpost.info