“Qarabağ”ın futbolçusu Kevin Medina 2 aylıq sıradan çıxıb

Qarabağ”ın futbolçusu Kevin Medinanın qayıdışı uzun çəkəcək.

Apasport.az saytına verilən məlumata görə, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Molde” ilə görüşündə zədələnən kolumbiyalı komandaya qarşıdakı görüşlərdə kömək edə bilməyəcək.

Belə ki, onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Zədədən başqa, Medina cəzalı duruma düşdüyü üçün Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken”lə görüşdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Molde” – “Qarabağ” matçı 2:2 hesabı ilə nəticələnib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.