“Time” jurnalı Messini ilin idmançısı seçdi

Argentina millisi və “İnter Mayami”nin hücumçusu Lionel Messi ilin idmançısı seçilib.

Bu barədə Amerikanın “Time” jurnalı futbolçunu ilin idmançısı elan edib.

Qeyd edək ki, 2023-cü ildə Messi səkkizinci dəfə Ballon d’Or mükafatını qazanıb.

Həmçinin PSJ ilə Fransa Liqa 1 və Fransa Super Kubokunu qazanıb. Eyni zamanda, “İnter Mayami”nin heyətində Messi Amerika klubu ilə ilk kubokunu – Liqa Kubokunu qazanb.

Bu yay Messi Devid Bekxemə məxsus “İnter Mayami” klubuna keçib. 14 matçda argentinalı 11 qol vurub.

Xatırladaq ki, Messi 2022-ci ildə Argentina millisinin tərkibində ilk dəfə dünya kubokunu qazanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.