Rusiya-Ukrayna müharibəsi 10 il əvvəl ABŞ-da çəkilmiş “Xanım Dövlət katibi” bədii serialında öz əksini tapıb.
Azpost.info bildirir ki, 2014-2019-cu illər arasında 5 mövsüm efirə getmiş serial böyük uğur qazanıb.
Burada politologiya üzrə professor olan qadının ABŞ dövlət katibi postuna təyinatı və fəaliyyəti əks edilir.
Filmin 2015-ci ildə çəkilmiş 2 -ci mövsümundə qəribə də olsa Rusiya və Ukrayna arasında başlanmış müharibədən bəhs edilir. Süjetə görə, Rusiya Ukraynaya hucum edib. Ukrayna isə ABŞ-ın köməyi ilə Mariupolda Rusiya ordusunu məğlub edib. Moskvaya kiber zərbə endirilib.
Bundan sonra ABŞ dövlət katibi Moskva ilə danışıqların başlanmasını təklif edir. Amma Kiyev bunun əleyhinədir.
2015-ci ildə yayımlanan ikinci mövsümünün 10-cu epizodunda ABŞ, Ukrayna, Rusiya və Avropa ölkələrinin dövlət başçıları və yüksək vəzifəli rəsmiləri Cenevrədə keçirilən görüşündə hərbi əməliyyatları dayandırmaq müzakirə olunur.
Epizodda ABŞ dövlət katibi Makkordun əməkdaşlarla xitabən ABŞ-ın müharibəyə son qoymaq üçün irəli sürdüyü təklifi təsvir edir. “Şərqi Ukrayna Luqanskdan Odessa vilayətlərinə qədər Qara dənizin şimalı boyunca sərhədləri olan muxtar dövlətə çevriləcək”, – deyə filmin qəhrəmanı deyir.
O daha sonra ABŞ-ın Rusiyaya, eləcə də ayrı-ayrı ruslara qarşı bütün iqtisadi sanksiyalarının götürülməsini təklif edir. Rusiya isə 15 il ərzində bütün Avropa İttifaqı ölkələrinə qaz və neft tədarükünü dərhal və fasiləsiz bərpa etməyə razıdır.
Qələbəyə baxmayaraq, ABŞ Ukrayna hökumətinin istəklərinin əksinə olaraq, Rusiya ilə danışıqlara çağıran və bütün şərq Ukrayna regionuna muxtariyyət təklif edən lider dövlət kimi təsvir edilir.
Filmdə Ukrayna millətçilərinin lideri olaraq Olek Zelinski adlı şəxs göstərilir. O, Ukrayna ərazilərinin Rusiyaya güzəştə getməsinin qəti əleyhdarı olur. Hazırkı prezident Zelenski 2014-cü ildə komediya aktyoru idi və onun siyasi karyera quraraq dövlət başçısı olacağı heç kimin ağlına belə gəlmirdi.
Bəs Zelenski soyadı və onun belə missiyası filmə necə düşüb? Bu böyük maraq yaradıb.
Teleserial 21 sentyabr 2014-cü ildən 8 dekabr 2019-cu ilə qədər CBS kanalında yayımlanıb. Altı mövsüm və 120 seriyadan ibarət olub.
Azpost.info


