Xankəndidə “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – MOİK oyununun hakim təyinatları müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, Xankəndidə oynanılacaq matçı Əli Əliyev idarə edəcək. Onun köməkçiləri Şirmamed Mamedov və Taleh Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Görüşün VAR hakimi Cavid Cəlilov olacaq, ona Kamran Bayramov kömək edəcək.

Hakimlərin işinə Munis Abdullayev qiymət verəcək. Oyunda AFFA nümayəndəsi kimi Emin Cəfərov fəaliyyət göstərəcək.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.