1983-cü ildə Xankəndi stadionunda dava –40 il əvvəlki hadisənin canlı şahidi danışdı

Bu gün işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.
Bu tarixi oyunda Ağdamın “Qarabağ” klubu ilə MOİK qarşılaşacaq.

Sonuncu dəfə Xankəndi stadionunda Azərbaycan komandaları 40 il əvvəl üz-üzə gəlib.

1983–cü ildə Xankəndi şəhər stadionunda yerli “Qarabağ-Stpenakert” ilə Naxçıvanın “Araz” klubu arasında keçirilən oyunu canlı izləmiş Rauf Səlimbəyli 40 il əvvəlki xatirəsini paylaşıb:

“1983-cü ildə bugünkü Xankəndi stadionunda futbol üzrə SSRİ çempionatının II divizionunda çıxış edən ermənilərdən ibarət yerli “Qarabağ” (o vaxtkı Stepanakert) – “Araz” (Naxçıvan) oyununu canlı izləməyim mənim üçün bir tarixdir.

O vaxt tələbə inşaat dəstələrinin fəaliyyətini yoxlamaq üçün Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsi tərəfindən Xankəndiyə ezamiyyətə göndərilmişdim. İlk dəfə olduğum Xankəndi stadionuna xeyli sayda polis işçisinin cəlb olunması, əsəbi və gərgin atmosfer məni xeyli təəccübləndrimişdi.
Məni müşayiət edən yerli erməni komsomol rəhbəri təəccübləndiyimi görüb “Azərbaycan klubları ilə oyunlar həmişə belə gərgin keçir” söylədi. O zaman, bu sözlərin mahiyyətinə fikir verməmişdim.

Futbola baxırdım. Bir az vaxt keçəndə hiss etdim ki, “Araz”a təkcə mən azarkeşlik edirəm, ətrafımdakı dığalar məni nifrətlə süzürlər. Şəhər mühitində böyümüş, beynəlmiləlçi ruhda tərbiyə almış, 21 yaşlı gənc kimi ağlıma da gəlməzdi ki, bu faşist tör-töküntüləri bizə nifrət edir, qanımızı içməyə hazırdırlar. Fikirləşdim ki, futbolda olan şeydi, Bakıda da “Ararat”la oyunlar çox gərgin keçir..

Bu vaxt meydanda dava düşdü. Bir də onu gördüm ki, qadasını aldığım kapitan Novruz Əzimov (uzun müddət “Neftçi”nin aparıcı futbolçusu olub) erməni futbolçunu yumruqla nokauta saldı. Aləm bir – birinə dəydi. Ermənilər meydana hücum edib futbolçularımızı linç etmək istəyir, polis qüvvələri – yəqin ki, qonşu rayonlardan da cəlb edilmişdilər, çox idilər – birtəhər onların qarşısını alırdılar. Mənim “cangüdənim” də tez məni aradan çıxardı, sonralar məlum oldu ki, bunu can-dərdi edibmiş. Sən demə, məni müşayiət edən həmin erməninin özü də xəstə xislətlilərin yekəsi, faşist ünsür imiş, köpəyoğlu!”

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.