“Liverpul” da Super Liqada oynamaqdan imtina etdi

“Liverpul” Superliqa işi ilə bağlı Avropa Məhkəməsinin qərarına münasibət bildirib.

“Avropa Ədalət Məhkəməsinin dünənki qərarı “Liverpul”un Superliqa ilə bağlı mövqeyini dəyişmir. Layihədə iştirakımız dayandırılıb. Biz Avropa Futbol Klubları Assosiasiyası vasitəsilə digər komandalarla işləməyə və UEFA turnirlərində iştirak etməyə davam edəcəyik”- deyə  klubun açıqlamasında deyilir.

Dekabrın 21-də Avropa Məhkəməsi UEFA və FİFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz adlandırıb.

Qeyd edək ki, İngiltərə çempionu “Mançester Siti”, Almaniya çempionu “Bavariya”, Fransa çempionu PSJ, İtaliya çempionatının lideri “İnter” və  “Roma” Avropa Super Liqası əleyhinə çıxıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.