“Qarabağ”ın rəqibi Liqa Kubokunda ilk qələbəsini qazanıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Portuqaliyanın “Braqa” klubu Liqa Kubokunda növbəti oyununu keçirib.

Artur Jorjenin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında “Nasyonal”ın qonağı olub. Braqanın eyniadlı təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib. Bununla da komanda turnirdə ilk qələbəsini qazanıb.

“Qırmızı-ağlar”ın heyətində qolları Joau Moutinyu, Sikou Niakate və Rikardu Orta vurublar.

Qeyd edək ki, A qrupunda yer alan “Braqa” 4 xalla turnir cədvəlinə başçılıq edir. Komanda qrupdakı ilk görüşündə “Kaza Piya” klubu ilə heç-heçə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.