“Neftçi” baş məşqçi Adrian Mutunu istefaya göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib.

Gənc çalışdırıcı Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”la matçdan öncə ölkəsinə yollanıb.
Klubdan Mutunun anasının vəfatı ilə əlaqədar vətəninə yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda “Qarabağ”a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib. Rumıniyalı çalışdırıcının köməkçiləri isə bu gün “Kəpəz”lə matçdan sonra vətəninə yollanacaq.
Gəncəlilərlə matç onlar üçün sonuncu olacaq. “Neftçi” rəhbərliyi isə artıq yeni məşqçi axtarışındadır. (Qafqazinfo)
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.