Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krımın Feodosiya limanında “Novoçerkassk” desant gəmisinə hücumunu təsdiqləyib.
Rusiya hücum nəticəsində hərbi gəminin zədələndiyini açıqlayıb.
Rusiya Silahlı Qüvvələrinin desant gəmisinə idarəolunan raket buraxan Ukraynanın iki Su-24 təyyarəsini vurduğu qeyd olunub.
Krımın rəhbəri Sergey Aksenov isə bildirib ki, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.