Türkiyədən mənzil alan ruslar bu ölkədən niyə gedir?

“Türkiyədə miqrasiya siyasətinin sərtləşdirilməsi rusların orada satın aldığı daşınmaz əmlakı “çox bahalı anbar otaqlarına” çevirib. Onlar nə yaşayış icazəsi ala bilirlər, nə də daşınmaz əmlak sata bilirlər – qiymətlər düşüb, bazar donub. Yüzlərlə rusiyalı Türkiyədə aldığı mənzillərdən və evlərdən yaxa qurtarmaq üçün uğursuz cəhdlər edir”.

Azpost.info xəbər verir ki, bu barədə yerli mətbuat yazır.

Qeyd olunur ki, müharibə başlayandan sonra Türkiyə ölkəni tərk edən rusların ən çox sevdiyi yerlərdən birinə çevrilib. Ötən il 100 min rusiyalı ora köçüb, xüsusən də vizaya ehtiyac olmadığı üçün. Onlar türk daşınmaz əmlakının əsas xarici alıcılarına çevriliblər. Ruslar bütün əmlakların dörddə birindən çoxunu, 16 min (2021-ci ildəkindən üç dəfə çox) alıblar. Onların bir çoxu üçün bu mülk indi yükə çevrilib.

Son illər bir çox ölkələrdə olduğu kimi Türkiyədə də daşınmaz əmlak qiymətləri yüksəlib. Bir çox türk bunu əmanətlərini hiperinflyasiyadan xilas etmək kimi görürdü. Belə ki, əcnəbilər aktiv olaraq daşınmaz əmlak alırdılar. Müharibə başlayandan bəri Türkiyənin daşınmaz əmlakı təxminən iki dəfə bahalaşdı. “Endeksa”nın (Türkiyənin daşınmaz əmlak bazarı haqqında məlumat toplayır) məlumatına görə, 2022-ci ilin yanvarında Türkiyədə bir kvadratmetrin orta qiyməti 382 avro idisə, bu ilin noyabrında orta hesabla 767 avro olub. Son bir ildə Türkiyədə daşınmaz əmlakın qiymətləri 25 faiz artıb.

Türkiyədə daşınmaz əmlakın aktiv alıcıalarından olan ruslar indi bir çox digər əcnəbilər kimi, hakimiyyət orqanlarının yaşayış icazələrinin verilməsi qaydalarını sərtləşdirməsi fonunda kütləvi şəkildə bu ölkəni tərk etmək məcburiyyətində qalırlar. Ötən ilin sonunda Türkiyə hakimiyyəti ölkəyə gələnlər arasında ən populyar olan rayonları yaşayış icazəsi üçün “bağlamağa” başladı və bunu qeyri-rəsmi olaraq xaricilərin çox olması ilə izah etdi.

Müharibədən sonra Türkiyəyə gələn ruslar yaşayış icazələrini yeniləməkdən imtinalar almağa başladılar. Bu il Türkiyənin ən böyük şəhərləri və ən məşhur istirahət mərkəzləri bu şəkildə “bağlanan” əyalət və şəhərlər arasında olub. Daşınmaz əmlakın uzunmüddətli icarə müqavilələri əsasında yaşayış icazələrinin verilməsi də dayandırılıb.

“2024-cü ilin ortalarına qədər Türkiyədə mənzil kirayəsi ödəmişik, amma orada yaşaya bilmərik. Yeni binanızı satmaq da mümkün deyil – qiymətlər düşüb, tələbat yoxdur”, – rus müştərilərdən biri şikayətlənib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.