Macarıstanın Baş naziri Viktor Orban və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşə hazırlıq davam edir, lakin bir sıra mübahisəli məsələlər həll olunmadığından bunun vaxtı hələ çatmayıb.
Azpost.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin müavini Levente Madyar bildirib.
“Vladimir Zelenski və Viktor Orban arasında görüşə hazırlaşarkən biz şərt qoyduq ki, ilk növbədə mübahisələrin danışıqlar masası arxasında necə həll ediləcəyi barədə razılığa gəlmək lazımdır. Biz hələ bu nöqtəyə gəlməmişik, ona görə də indi görüş vaxtsız olardı. lakin biz bunun üzərində işləyirik. Ukraynalılar bizim iddialarımızı təmin etmək üçün müəyyən addımlar atıblar”, – o qeyd edib.
Azpost.info