“Qalatasaray” və “Fənərbaxça” Səudiyyənin qadağasını rədd etdi –Matçı təxirə salındı

Bu gün Türkiyə Superkubokunda “Qalatasaray”la “Fənərbaxça” arasında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyun təxirə salınıb.

 “NTV Spor”un məlumatına görə, Səudiyyə Ərəbistani hökuməti klublara qadağa tətbiq etdiyinə görə komandalar meydana çıxmayıblar.

Komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı çıxıb.

Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər.

“Fənərbaxça”nın prezidenti Ali Koç və “Galatasaray” prezidenti Dursun Özbek Səudiyyə rəsmiləri tərəfindən Mustafa Kamal Atatürklə bağlı qoyulan şərtləri qəbul etməyərək matçın oynanılmaması qərarına gəliblər.
Futbolçular Türkiyəyə geri dönürlər.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.