Zahid Oruc topladığı 40 min imzanı MSK-ya tədqim edib

7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Zahid Orucun Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, Seçki Məcəlləsinə müvafiq olaraq, 60 dairədən minimum 50 imza olmaqla, etibarlı imzaların sayına dair müəyyənləşdirilmiş kvotada toplanan imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq, MSK-ya təqdim edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.