Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyənin 1-ci Liqada mübarizə aparan “Boluspor” klubuna keçib.

Klubun rəsmi saytı  xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Türkiyə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu Azərbaycanda “Simurq” (indiki “Zaqatala”), “Zirə”, “Keşlə” (indiki “Şamaxı”) və “Sumqayıt” kimi komandaların formasını geyinib.

Qeyd edək ki, Vüsal İsgəndərlinin son klubu cari mövsümün əvvəlindən çıxış etdiyi Albaniyanın “Eqnatiya” komandası olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.