Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn Prezident seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir.