Cavanşir Quliyev Aygün Bəylərin 30 il əvvəl ilk dəfə efirə çıxdığı kadrları paylaşdı –VİDEO

Görkəmli bəstəkarımız Cavanşir Quliyev mərhum xanəndə, əməkdar artist Aygün Bəylərin ilk dəfə efirdə oxuduğu mahnı ilə bağlı paylaşım edib. 

Azpost.info bildirir ki,  C.Quliyev 30 il əvvəl AZTV-də musiqi proqramında Aygün Bəyləri təqdim edib. O, bəstəkarın mahnısını ifa edib.

“Səni yağışlı bir gün Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirirəkən nə biləydim bu uzun sürməyəcək həyatın…Heyif səndən qızım!” -deyə C.Quliyev yazıb.

Qeyd edək ki, əməkdar artist Aygün Bəylər ağır xəstəlikdən sonra 48 yaşında dünən Türkiyədə vəfat edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.