Bu pişiyin 100 milyon dollar pulu var –Dünyanın ən varlı ev heyvanları

Dünyanın ən zəngin ev heyvanlarının siyahısı dərc olunub.

Azpost.info xəbər verir ki, müğənni Teylor Sviftin “Oliviya Benson” adlı pişiyi 97 milyon dollar varidatla üçüncü yerdədir.

“Oliviya” sahibəsi ilə bir neçə musiqi klipində birgə çəkilməklə qazanc əldə edir, müxtəlif reklam çarxlarına çəkilir.

Teylor Sviftin 2020-ci ildə “Instagram”da dərc etdiyi şəkillərdən biri – “Benson”un divanda dartılmış vəziyyətini əks etdirən şəkil iki milyondan artıq insan tərəfindən bəyənilib.

Ən zəngin ev heyvanlarının siyahısına “VI Günter” adlı alman ovçarkası 500 milyon varidatla başçılıq edir. İt media maqnatı Mauritsio Miana məxsusdur. İkinci yerdə olan “Nala” adlı pişiyin sosial şəbəkələrdə 4 milyon izləyicisi var, onun gəliri isə 100 milyon dollardır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.