Dövlət Yol Polisi hava ilə bağlı piyadalara müraciət edib

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Müraciətdə deyilir:

“Əziz piyadalar:

– paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

– yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

– qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

– çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

– balaca və asta addımlar atın;

– pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

– pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

– yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

– bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.