“Tesla” şirkətinin rəhbəri İlon Mask insanabənzər robotun yeni imkanlarını nümayiş etdirib.
Azpost.info bildirir ki, İlon Maskın yayımladığı 30 saniyəlik videoda “Tesla”nın hazırladığı insanabənzər robot “Optimus” köynəyi qatlama üsulunu öyrənib.
Videoda robotun etdiyi əl hərəkətləri kifayət qədər mürəkkəbdir. Robot stolun üstündəki səbətdən köynəyi götürür, masanın üstünə qoyur, bir az düzəldir və düzbucaqlı formasında qatlayır.
İnsanabənzər robotun bütün bu hərəkətləri əslində diqqətlə düşünülmüş və əvvəlcədən proqramlaşdırılmış hərəkətlərdir. Buna görə də, onlar ümumiyyətlə robotun süni intellektini deyil, oynaqların və ətrafların funksionallığını nümayiş etdirirlər: Mütəxəssislərin fikrincə, əllər robotların ən mürəkkəb hissələrindən biridir. Çünki onlar əhəmiyyətli yükə tab gətirmək üçün kifayət qədər güclü, eyni zamanda kövrək obyektləri idarə etmək üçün kifayət qədər dəqiq olmalıdır.
Mask əmindir ki, robot gələcəkdə süni məhdudiyyətlər olmadan mütləq bu və digər vəzifələri tamamilə avtonom şəkildə yerinə yetirə biləcək .