Yapon dənizi sahillərində meşə pişiyini ilk dəfə lentə almaq mümkün olub.
Azpost.info xəbər verir ki, Primoryedəki Təbiət Qoruğunun alimləri ilk dəfə olaraq Yapon dənizi sahilində gəzən nadir meşə pişiyinin videogörüntüsünü yayıblar.
“Uzaq Şərq meşə pişiyi açıq yerlərin pərəstişkarı deyil, meşələrin kolluqlarına üstünlük verir. Kifayət qədər gizli olan bu heyvan əsasən alaqaranlıq saatlarda aktivdir”, – məlumatda deyilir.
Azpost.info