Sergey Lavrov ABŞ-a gəlib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka gəlib. O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq və Ukrayna ilə bağlı iclaslarında iştirak edəcək.

Azpost.info TASS-a istinadən xəbər verir ki, nazirin təyyarəsi Moskvadan Nyu-Yorka şimal marşrutu ilə uçaraq “dost olmayan ölkələri”dən kənar keçərək gəlib. Uçuş 12 saat 45 dəqiqə davam edib, heç bir gözlənilməz vəziyyət yaranmayıb.

Səfərin yanvarın 22-dən 24-dək davam etməsi planlaşdırılır.

Nazirin BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı rüblük açıq müzakirələrində, eləcə də Rusiyanın Donetskə hücumdan sonra Ukrayna ilə bağlı təşəbbüsü ilə keçirilən iclasda iştirakı gözlənilir.

Sergey Lavrov sonuncu dəfə 2023-cü ilin sentyabrında Nyu-Yorka səfər edib, o, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.