HƏMAS Qəzzada əsirlikdə olan bütün Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı Moskvanın tələbini yerinə yetirmək fikrində deyil.
Azpost.info xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk deyib.
“Biz insanları rus və ya fransız olduqları üçün tutmadıq. Biz onları tutduq, çünki onlar fələstinliləri öldürürlər və İsrail əsgərləridir”, – Əbu Mərzuk bildirib.
O, Rusiyanın girovların azad edilməsi ilə bağlı tələbini yerinə yetirməkdən imtinanın bir səbəbi kimi İsrail əsgərlərinin əksəriyyətinin ikili vətəndaşlığının olmasını göstərib.
Azpost.info