Dərini deşmədən qanda şəkərin səviyyəsini ölçmək olacaq - “Samsung”dan yeni cihaz

Cənubi Koreyanın “Samsung” şirkəti qan şəkəri və təzyiq səviyyəsini izləmək üçün sensor hazırlayır.

Azpost.info xəbər verir ki, “Bloomberg” bunu şirkətin vitse-prezidenti Honq Paka istinadən yazıb.

Onun sözlərinə görə, cihaz dərini deşmədən istifadə edilə bilər.

“Qan təzyiqi və qlükoza ölçülərini sabit saxlaya bilsək, tamamilə fərqli bir məcraya girmiş olarıq. Fikrimcə, hamı buna nail olmağa çalışır. Biz buna böyük sərmayə qoyuruq”, – deyə Park bildirib.

Pak cihazın dəqiq buraxılış tarixlərini açıqlamayıb. O, sensorun beş il ərzində qlobal bazarda görünəcəyini qeyd edib.

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.