Fransa ilə Azərbaycan arasında olan münasibətlər ən aşağı nöqtədədir.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bunun səbəbkarı Azərbaycan deyil. Əfsuslar olsun ki, bu cür qəbuledilməz davranışları nümayiş etdirən Fransa olub”, – deyə nazir bildirib.