İndiyə qədər özəlləşdirilən dövlət əmlaklarının sayı- AÇIQLANDI

1996-2022-ci illərdə Azərbaycanda dövlətə məxsus 51 867 kiçik müəssisə, obyekt və nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, həmin əmlaklardan 15 571-i nəqliyyat vasitəsi, 15 248-i icarəyə verilmiş və istifadəsiz qeyri-yaşayış sahəsi, 10 766-sı məişət xidməti müəssisəsi, 5 225-i ticarət və ictimai iaşə müəssisəsi, 1 008-i sənaye müəssisəsi və avadanlığı, 696-sı yanacaqdoldurma məntəqəsi, 635-i tikinti müəssisəsi, 620-si tikintisi başa çatdırılmamış obyekt, 393-ü çörək mağazası, 392-si aptek, 256-sı çörəkbişirmə müəssisəsi və avadanlığı, 87-si kinoteatr, 82-si uşaq baxçası, 36-sı səhiyyə müəssisəsi, 852-si isə digər daşınmaz əmlaklar olub.

27 ildə Azərbaycanda 1 566 səhmdar cəmiyyət yaradılıb. 2022-ci ilin sonuna qədər bunun 1 476-sı tam özəlləşdirilib(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.