“Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə hazırıq” –- ŞOLTS

“Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır”.

Bunu Almaniya Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün Münxendə keçirilmiş görüş barədə “X” hesabında paylaşımında qeyd edib.

“Mən bunu hər iki ölkə ilə müzakirələrdə təsdiqlədim. Hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır”, – deyə alman Kansler vurğulayıb.

Şolts “X” hesabında görüşdən foto da paylaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.