“HƏMAS-ın İsrailə hücumunda Rusiya günahkardır”- İtaliya Baş naziri

“HƏMAS-ın İsrailə hücumunda Rusiya günahkardır”.

Azpost.info xəbər verir ki, bunu İtaliya Baş naziri Giorgia Meloni bildirib.

Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyatın başlaması HƏMAS-ın İsrailə hücumu üçün “yaşıl” siqnal oldu: “Düşünürəm ki, Rusiya Ukraynanı işğal etməsəydi, o zaman HƏMAS çox güman ki, İsrailə qarşı belə bir hücuma keçməzdi”.

Meloninin fikrincə, xüsusi hərbi əməliyyatın başlaması beynəlxalq sistemin ciddi şəkildə pozulması idi və bu, qaçılmaz olaraq dünyanın digər yerlərində də oxşar hadisələrə səbəb olacaqdı. O, bunda BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən qaydalara əməl etməməsi faktının da mühüm rol oynadığını bildirib.

Meloni Ukraynada beynəlxalq legitimlik bərpa olunana qədər yeni münaqişələrin başlayacağına əminliyini ifadə edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.