100 min avro…- Navalnının ölümü ilə bağlı məlumat verənə vəd edildi

Rusiyalı müxalifət lideri Aleksey Navalnının tərəfdarları siyasətçinin ölümü ilə bağlı məlumat üçün 100 min avro mükafat vəd edirlər.

Azpost.info xəbər verir ki, bu barədə Korrupsiya ilə Mübarizə Fondunun irektoru İvan Jdanov bildirib.

Təklif təhlükəsizlik qüvvələrinə – FTX, İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və prokurorluq əməkdaşlarına ünvanlanıb.

“Statusunuzun və Aleksey Navalnının siyasi fikirlərini bölüşməyiniz önəmli deyil. Universal prinsiplər var: siz ananı ələ sala, öldürülmüş oğlunun cəsədi ilə onu şantaj edə bilməzsiniz. Siz bunu dəstəkləyə bilməzsiniz və etməməlisiniz. İnsanlıq göstərin, oğlunu itirən anaya başsağlığı verin. Putinin tamamilə cəhənnəm qəddarlığını və əxlaqsız cinayətlərini dəstəkləməyin”, – Jdanov videomüraciətində bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.