Stoltenberq xüsusi hərbi əməliyyatın ildönümündə ukraynalılara müraciət edib

Ukrayna xalqın qətiyyəti və Qərb dövlətlərinin böyük dəstəyi sayəsində müstəqilliyini qoruyub saxlayır.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq xüsusi hərbi əməliyyatın ikinci ildönümü ilə bağlı bəyanatında deyib.

Baş katibin sözlərinə görə, Ukraynanın müttəfiqləri ona bundan sonra da kömək etmək niyyətindədirlər və bu yaxınlarda onlar milyardlarla dollar dəyərində yeni təchizat paketi barədə razılığa gəliblər.

Stoltenberq Ukraynanın Alyansa qoşulmağa çox yaxın olduğunu bildirib.

“Yalnız son günlər və həftələr ərzində NATO müttəfiqləri milyardlarla dollarlıq yeni yardım paketləri elan ediblər. Onlar artilleriya sursatları, hava hücumundan müdafiə və hücum katerləri kimi əsas imkanları əhatə edir. Həmçinin F-16, pilotsuz təyyarələr və minatəmizləmə avadanlıqları üçün avadanlıq və ehtiyat hissələri. Dəstək davam edəcək”, – Stoltenberq əlavə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.