Teleqram kanal sahibləri reklam gəlirlərinin 50 faizini əldə edə biləcək

Teleqram kanallarının sahibləri 2024-cü ilin mart ayından etibarən reklam gəlirlərini 50 faizədək alacaqlar.

Bu barədə “Telegram”ın təsisçisi Pavel Durov bildirib.

O qeyd edib ki, pul köçürməsi TON blokçeyn vasitəsilə həyata keçiriləcək. Buna görə, teleqram kanallarının sahibləri “toncoin” – “Open Network”da istifadə olunan kriptovalyutada gəlir əldə edəcəklər.

“Mart ayında teleqram reklam platforması rəsmi olaraq 100-ə yaxın ölkədə bütün reklamçılar üçün açıq olacaq. Bu ölkələrdəki kanal sahibləri teleqramda reklam yayımlamaqdan əldə etdikləri gəlirin 50 faizini almağa başlayacaqlar”, – deyə Durov bildirib. O əlavə edib ki, kanal sahibləri bu vəsaitləri ya nağdlaşdıra, ya da onları kanallarının tanıdılması və modernləşdirilməsinə yenidən investisiya edə bilərlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.