Ermənistan Mərkəzi Bankı separatçı Vardanyanın bankının satılmasına razılıq verib

Ermənistan Mərkəzi Bankı Gürcüstanın “Bank of Georgia” bankının sahiblərinə “Ameriabank”ın satışı ilə bağlı ilkin razılıq verib.

“Armenia Today”ın məlumatına görə, Mərkəzi Bank bu qərarı Şuranın martın 29-da keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən “Ameribank”ın Baş qərargahı İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan milyarder, Qarabağ separatçılarının rəhbərlərindən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir.

“Bank of Georgia” isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.