“Telegram” kanalının sahibləri reklam gəlirlərinin yarısını ala biləcəklər

“Telegram”da bu gündən etibarən 1000-dən çox abunəçisi olan kanal sahibləri dərc edilən reklamdan gəlirlərin 50 faizini əldə edəcəklər.

Monetləşmə kanal sahibləri üçün də tətbiq olunacaq.

“Onlar gəlirin 50 faizini ala biləcəklər və ödənişlər TON kriptovalyutasında həyata keçiriləcək. Amma bu funksiya bütün bölgələrdə işləməyəcək. İstifadəçi onu komissiyasız geri götürə və ya “Telegram Premium” abunəlikləri üçün reklamlar, kolleksiya ünvanları üçün ödəniş edə bilərlər”, – deyə məlumatda qeyd olunur(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.