Sanksiyalara görə Türkiyədən Rusiyaya ixrac 32 faiz azalıb

Qərbin sanksiyalar siyasəti və pul köçürmələri ilə bağlı problemlər səbəbindən Türkiyədən Rusiyaya ixrac 2023-cü ilə nisbətən  32,1 faiz azalıb.

Azpost.info bildirir ki, bu barədə Türkiyənin “Ekonomim” biznes qəzeti Milli Statistika İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.

Yanvar-mart aylarında Türkiyənin 25 sənayesi sahəsjnin yalnız 4-ü Rusiyaya ixracı artırıb. Tədarükün əhəmiyyətli hissəsini təşkil edən kimya sənayesində itkilər 32,4%-ə çatıb. Nəşr qeyd edir ki, Türkiyə İxracatçılar Assambleyasının məlumatına görə, ixracda əsas azalma üç sektorda müşahidə olunub: tütün, dəri məmulatları və zərgərlik.

Təkcə mart ayında  Türkiyədən Rusiyaya ixrac bir il əvvəlki ilə müqayisədə 28% azalaraq 758 milyon dollar təşkil edib. Ümumilikdə, birinci rübün nəticələrinə görə, Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard dollar təşkil edib. 2023-cü ilin yanvar-mart aylarında bu rəqəm 3,1 dollar olub.

“Ekonomim” Rusiya ilə yanaşı, Türkiyənin MDB ölkələrinə ixracında azalma olduğunu yazır. Birinci rübdə azalma 14% təşkil edib.

Fevral ayında ABŞ 16 türk şirkətini sanksiya siyahısına əlavə edib. ABŞ Ticarət Nazirliyi xarici ticarət, elektronika təchizatı, sənaye avadanlıqları və turizm sahələrində fəaliyyət göstərən türk şirkətlərinə məhdudiyyətləri genişləndirib. Bundan əlavə, Rusiyadan  Türkiyəyə kommersiya pul köçürmələri ilə bağlı problemlər qalmaqdadır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.