Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “O olmasn, bu olsun” koediyasına yazdığı məşhur musiqisi uzun illərdir internet resurslarında Arno Babacanyanın “Vaqarşapat rəqsi” kimi tədim olunur.
Azpost.info bildirir ki, bunu tanınmış teleaparıcı Müsəllim Həsənov bildirib.
“Qonşularımızın oğurluq ənənəsi məlum. Amma bu sadəcə “dolma” söhbəti deyil, klassik bir əsərin göz-görəti mənimsənilməsidir. Üzeyir bəyin 1911-ci ildə yazdığı musiqi 1921-ci ildə doğulan Babacanyanın adına necə çıxıla bilər?”-deyə o qeyd edib.
M.Həsənovun sözlərinə görə, bu musiqi isə illərdən bəri müxtəlif ifalarda paylaşılır, amma qadağa qoyan yoxdur.
“Deməli, biz rəsmi etiraz etməmişik, sənəd-sübut qoymamışıq. Görəsən, Müəllif Hüquqları Agentliyi, Mədəniyyət Nazirliyi bununla bağlı hansısa addım atıbmı?”.