HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib –Netanyahu

İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 20 batalyonunu məhv edib.

Bu sözləri Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS”ın 24 batalyonundan 20-ni məhv edə bildik. Rəfaha daxil olmaq istəyirik, çünki orada daha dörd batalyon var”, – deyə Baş nazir qeyd edib.

Eyni zamanda, Netanyahu İsrailin Rəfah əməliyyatı zamanı çox güclü müqavimətlə üzləşəcəyini etiraf edib, lakin İsrail hərbçilərinin bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.