Slovakiya lideri Avropa Parlamentinə seçki kampaniyasını dayandırmağa çağırıb

Slovakiya lideri Peter Pelleqrini ölkənin siyasi partiyaları və hərəkatlarına çağırış edib.

Azpost.info xəbər verir ki, onun fikrincə, Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhddən sonra ölkədə yaranmış vəziyyət sakitləşənə qədər Avropa Parlamentinə seçki kampaniyasını dayandırmaq lazımdır.

“Mən Slovakiyadakı bütün siyasi qüvvələri vəziyyət sakitləşənə və Robert Fitsoya qarşı sui-qəsd cəhdinin şərtləri araşdırılana qədər Avropa Parlamentinə seçki kampaniyasını dayandırmağa çağırıram”, – Pelleqrini qeyd edib.

Qeyd edək ki, Peter Pelleqrini 2024-cü il aprelin 7-də Slovakiyanın seçilmiş prezidentidir və bu il iyunun 15-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.