Təbrizdə prezident Rəisi ilə vida mərasimi keçirilir- FOTOLAR/VİDEO

Təbriz şəhərində helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, mərasimdə bir neçə min insan iştirak edir.

Vida mərasimi İranın digər şəhərlərində də keçiriləcək. Təbrizdən sonra həlak olanların cənazələri olan tabutlar paytaxt məscidində ümumi cənazə namazı üçün Tehrana göndəriləcək.

Rəisi məmləkəti Məşhəddə İmam Rza məqbərəsində dəfn olunacaq.

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.