Rusiya İsrail və Fələstin arasındakı münaqişənin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bir sıra Avropa ölkələrinin Fələstini dövlət kimi tanımaq qərarını şərh edərkən deyib.
“Biz SSRİ-nin hüquqi varisiyik və bu sahədə ardıcıl və şəffaf mövqeyimizi davam etdiririk”, – Peskov bildirib.
Azpost.info