İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani XİN başçısı Hüseyn Əmir Abdullahianın vəfatından sonra ilk dəfə rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbəti aparıb.
Azpost.info xəbər verir ki, bu barədə Baqiri Kani X hhhesabında məlumat verib.
“Diplomatik görüşlərin və təmasların davamı olaraq rusiyalı həmkarım Sergey Lavrov mənə zəng etdi”, – o deyib.
Əli Baqiri Kani telefon danışığından sonra qeyd edib ki, çoxtərəflilik yolu Tehran və Moskvanın strateji seçimidir.
Azpost.info