“ABŞ-ın sanksiyaları bizi yolumuzdan döndərməyəcək”- Tbilisi meri

ABŞ-ın xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar tətbiq etməyi planlaşdırdığı sanksiyalar Gürcüstanı öz inkişaf yolundan dönməyə məcbur etməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

“Nəyə görə sanksiyalar tətbiq edilməlidir? ABŞ daha güclü dövlətdir və Aİ üzvlüyünə namizəd statusunda olduğu kimi bizi incitməlidir? Xahiş edirəm etsinlər. Bununla bizi geri çəkilməyə məcbur edəcəklər? Kimsə həqiqətən belə düşünür? Bizim üçün vacib olan bu ölkənin inkişafı, əmin-amanlığın qorunmasıdır. Heç kimə Ukraynada baş verən proseslərin bizim ölkədə təkrarlanmasına imkan verilməyəcək”, – Kaladze deyib.

O hesab edir ki, Gürcüstan-ABŞ münasibətləri yenidən qurulmalıdır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.