Ermənistanda son aylarda etiraz aksiyasına rəhbərik edən keşiş Baqrat Qalstanyan Baş nazir postuna namizədliyini irəli sürüb.
Azpost.info bildirir ki, bu barədə qərar İrəvanda bu gün keçirilən etiraz aksiyasında elan edilib.
B. Qalstanyan din xadimi kimi fəaliyyətini dayandırdığını bəyan edib. O, bununla bağlı erməni katolikosundan onun din xadimi kimi statusunu dondurmağı xahiş edib.
Qeyd edək ki, Ermənistan Respublikası Konstitusiyasının 48-ci və 148-ci maddələri Baş nazirə olan tələbləri dəqiq müəyyən edir. Ona əsasən, yalnız son 4 il ərzində ölkədə yaşamış, Ermənistan Respublikasının vətəndaşı olan şəxs Baş nazir ola bilər.
Bu müddəaya əsasən B. Qalstanyan baş nazirliyə namizəd olmaq üçün nəinki Kanada vətəndaşlığından imtina etməli, həm də 4 il müddətinə Ermənistan Respublikasının vətəndaşı olmalıdır.
Azpost.info