“Hizbullah” İsrailin şimalına 50-dən çox raket atıb

“Hizbullah” təşkilatı İsrailin şimalında yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirib.

Bu barədə “Al Jazeera“ məlumat yayıb.

Məlumata görə, təşkilat üzvləri reaktiv yaylım atəş sistemlərindən istifadə edərək İsrail ərazisinə 50-dən çox raket atıb.

Hadisə nəticəsində iki nəfər yaralanıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.